• şənbə, 20 Aprel, 16:33
  • Baku Bakı 23°C

İstehlak bazarında təxminən 13 milyard manatlıq məhsul satılıb

03.08.19 17:45 8725
İstehlak bazarında təxminən 13 milyard manatlıq məhsul satılıb
Yanvar-iyun aylarında əhalinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 12 milyard 950,5 milyon manat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,8 faiz artıb.
AZƏRTACBakı Şəhər Statistika İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,8 faizini qeyri-dövlət sektoru təşkil edib. Bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin eyni səviyyəsini real ifadədə 2,7 faiz üstələyərək 12 milyard 405,9 milyon manat olub.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz artaraq 4 milyard 859,7 milyon manat təşkil edib.
banner

Oxşar Xəbərlər