• cümə, 26 Aprel, 23:41
  • Baku Bakı 22°C

İstədiyimiz xəbəri əldə etmək imkanı yaradılıb

23.07.15 17:04 1261
İstədiyimiz xəbəri əldə etmək imkanı yaradılıb
Azərbaycanlı startupçılar informasiya əldə edilməsi prosesini asanlaşdıran yeni sistem yaradıblar. Mobchannel adlanan layihənin əsas üstünlüyü insanların vaxtına qənaət etməsi və lazımı informasiyanı axtarış etmədən izləyə bilməsidir.
Platformanın məhz 22 iyul – Milli Mətbuat günündə təqdim ediıməsi təsadüfi deyil. Layihənin rəhbəri Vaqif Abbasov bizimlə söhbətində bildirib ki, Mobchannel əksər yerli və xarici mətbuatı bir mənbədə toplayan sistemdir: “Artıq insanlar onlara maraqlı olan bütün növ məlumatları vahid platformadan izləyə bilərlər. 2014-cü ildə apardığımız “İnsanlar internetdən nə üçün istifadə edir?” adlı araşdırmamızda bəlli oldu ki, internet istifadəçiləri internetdən informasiya almaq üçün istifadə edirlər. Bəs bizə lazım olan informasiyaları necə, hansı mənbələrdən, hansı formada əldə edirik və buna nə qədər zaman sərf edirik kimi suallar ortaya maraqlı nəticələr çıxardı. Məlum oldu ki, internet istifadəçiləri uzun zaman sərf etmələrinə baxmayaraq, doğru informasiyanı əldə etməyə çətinlik çəkirlər. Biz də bu problemi həll etmək üçün Mobchannel adlı platformanı qurduq”.
V.Abbasovun sözlərinə görə, Mobchannel insanlara lazım olan məlumatları axtarış etmədən əldə etməyə kömək edən platformadır. İstifadəçi sistemdə təyin olunmuş 15 kanal üzrə (xəbər, maraqlı, kino, tədbirlər, səyahət, vakansiya, alış-veriş, əmlak alqı-satqısı, avtomobil alqı-satqısı və s.) istədiyini seçib, profil məlumatlarını daxil edir. Bununla o axtardığı məlumatların avtomatlaşdırılmış şəkildə əldə olunmasını təmin edir və lazımı məlumat olduğu təqdirdə bildiriş funksiyası ilə ani xəbərdar olmuş olur”.
Mobchannel platformasında istifadəçi 15 kanaldan istədiyini seçərək öz profilini yaradır, həmin kanallar üzrə məlumatları əldə etməyə başlayır. Profilinə uyğun yeni məlumatlar olduğu zaman bildirişlər alaraq dərhal xəbərdar olur. Məsələn, istifadəçi vakansiya kanalında axtardığı işə uyğun olaraq filterləri (məkan, maaş, işin növü və s.) seçir. Bu zaman həmin filterlərə uyğun iş elanları varsa, istifadəçiyə təqdim olunur və ya yeni iş elanları olduğu zaman bildirişlər gəlir. İstifadəçi bunun kimi digər 14 kanalda da profilini yaradaraq ona lazım olan məlumatları axtarış etmədən əldə edə bilər.
Hazırda proqram android əməliyyat sistemli telefonlar üçün mövcuddur.
banner

Oxşar Xəbərlər