• şənbə, 20 Aprel, 15:45
  • Baku Bakı 23°C

İstedadlı cazmen və bəstəkar Elçin Şirinovun konserti olub

21.05.17 10:10 1594
İstedadlı cazmen və bəstəkar Elçin Şirinovun konserti olub
Beynəlxalq Muğam Mərkəzində istedadlı cazmen və bəstəkar, pianoçu Elçin Şirinovun və qrupunun konserti keçirilib.
AZƏRTACxəbər verir ki, konsert "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunub.
Konsertdə, həmçinin Emiliya Yaqubova, Şamil Məmmədov, Ramiz Sevdiməliyev və Nicat Paşazadənin ifasında milli və xarici bəstəkarların əsərlərindən ibarət kompazisiya səsləndirilib.
Qeyd edək ki, Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alıb. O, çoxsaylı beynəlxalq festivallarda iştirak edib.
banner

Oxşar Xəbərlər