• cümə, 29 Mart, 04:46
  • Baku Bakı 7°C

İstanbulda törədilmiş terrorda 41 nəfər həlak olub, 13-ü əcnəbidir - Adlar

29.06.16 14:43 1185
İstanbulda törədilmiş terrorda 41 nəfər həlak olub, 13-ü əcnəbidir - Adlar
Atatürk Hava Limanında törədilən partlayış nəticəsində ölənlərin əksəriyyətinin kimliyi müəyyənləşib.
APA-nın "Milliyet”ə istinadən verdiyi xəbərə görə, 43 nəfərin öldüyü bildirilir. Ölənlərin siyahısında 36 nəfərin adı açıqlanıb, 4 nəfərin şəxsiyyəti müəyyənləşdirilir. Daha 3 nəfərin isə cəsədinin hissələrinin olduğu deyilir. Həmin 3 nəfərin terrorçu-kamikadze olduğu bildirilir.
Ölənlərdən 13 nəfəri əcnəbidir. Onların arasında 5 Səudiyyə Ərəbistanı, 2 İraq, 1 İordaniya, 1 Çin (Şərqi Türküstan), 1 Tunis, 1 Özbəkistan, 1 Ukrayna və 1 İran vətəndaşı var.
İstanbul Valiliyinin Bakı vaxtı ilə saat 12.00-a olan məlumatına görə, terrorda ölənlərin sayı 41 nəfərdir. Onlardan 37-nin şəxsiyyəti müəyyənləşib. Ölənlərin 28-i Türkiyə vətəndaşı, qalanları əcnəbidir. Rəsmi məlumatda qeyd olunub ki, 239 yaralıdan 109-u xəstəxanadan buraxılıb.


banner

Oxşar Xəbərlər