• cümə, 19 Aprel, 12:35
  • Baku Bakı 25°C

İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb

12.12.16 09:48 564
İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 39 nəfərə çatıb
Ötən gün İstanbulun Beşiktaş rayonunda törədilən terror aktı nəticəsində ölənlərin sayı 39-a çatıb.
APA-nın xəbərinə görə, bu barədə "Hürriyət” məlumat verib.
Ölənlərdən 30-u polis əməkdaşı, 8-i isə mülki vətəndaşlardır. Hadisə nəticəsində 155 nəfər yaralanıb, onlardan 14-nün vəziyyəti ağır kimi qiymətləndirilir. Terror aktı ilə əlaqədar 13 şübhəli saxlanılıb.
Qeyd edək ki, birinci partlayış "Vodafon Arena” stadionunun çıxışı yaxınlığında, polisin toplanma yerində baş verib. Partlayış avtomobilə quraşdırılmış, məsafədən idarə olunan partladıcı qurğunun işə salınması vasitəsi ilə törədilib. Bundan 45 saniyə sonra terrorçu-kamikadze Maçka parkı ərazisində üzərindəki partladıcı qurğunu işə salmaqla ikinci partlayışı törədib.
banner

Oxşar Xəbərlər