İstanbulda qeydiyyatsız yaşayan suriyalıların köçürülməsi müddəti uzadılıb

İstanbulda qeydiyyatsız yaşayan suriyalıların köçürülməsi müddəti uzadılıb

Təfsilat
21 Avqust 2019, 16:15 10999
İstanbulda qeydiyyatsız yaşayan suriyalıların köçürülməsinə ayrılan müddət bu ilin oktyabr ayının 30-na kimi uzadılıb. Qeyd edək ki, bu müddət əvvəl avqustun 20-nə kimi idi.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu məlumat verib.
İyulun 22-dən başladılan köçürülmə prosesi çərçivəsində çox sayda suriyalı ölkənin Daxili İşlər Nazirliyi tərəfindən əvvəllər qeydiyyatda olduğu şəhərə köçürülüb. Türkiyəyə qanunsuz yollarla gəlmiş 12474 xarici vətəndaş geri göndərmə mərkəzlərinə yönləndirilib ki, onların da 2630-u Suriya vətəndaşıdır.