AZE | RUS | ENG |

İstanbulda QDİƏT PA-nın zirvə toplantısı keçirilir

İstanbulda QDİƏT PA-nın zirvə toplantısı keçirilir
İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının zirvə toplantısı keçirilir.
 
APA-nın məlumatına görə, toplantının açılışında çıxış edən Parlament Assambleyasının baş katibi Asəf Hacıyev bölgənin əsas zənginliyinin təbii mənbələr və enerji ilə birlikdə insan ehtiyatları olduğunu deyib. Təşkilata üzv olan 12 ölkənin müxtəlif mədəniyyətləri təmsil etdiyini xatırladan baş katib mədəniyyətlər arasında sintez yaradılmasının və əməkdaşlığın dərinləşdirilməsinin bölgədə sülh, sabitlik və əmin-amanlığa xidmət edəcəyini vurğulayıb.
 
Asəf Hacıyev üzv ölkələrin bundan sonra həm təşkilat çərçivəsində, həm də ikitərəfli şəkildə əməkdaşlığı gücləndirəcəklərinə inandığını bildirib.
 
Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman regionun Orta Şərq, Aralıq dənizi və Balkan bölgəsindən ayrı düşünülə bilinməyəcəyini deyib. Son günlərdə Fələstində cərəyan edən hadisələrə münasibət bildirən İsmayıl Qəhrəman BMT-ni 21 dekabr 2017-ci ildə  Fələstinə dair qəbul etdiyi qərarın arxasında durmağa çağırıb.
 
İsmayıl Qəhrəman prezident  Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının 18 may 2018-ci ildə İstanbulda fövqəladə zirvə toplantısının çağırıldığını bildirib. O, Fələstin probleminin həll edilmədən Orta Şərqə sülh və əmin-amanlığın bərpasının mümkün olmadığını vurğulayıb.
 
Tədbirdə Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov iştirak edir.
 
Qeyd edək ki, 1993-cü ilin fevralında yaradılan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında 12 ölkə təmsil edilir. İstanbuldakı zirvə toplantısına 9 ölkə parlamentinin spikeri qatılıb. Parlament Assambleyasının indiki müvəqqəti sədri Albaniyadır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.1593
TRY 1 Türk lirəsi 0.2621
KWD 1 Küveyt dinarı 5.5985
SEK 1 İsveç kronu 0.1854
EUR 1 Avro 1.9254
CHF 1 İsveçrə frankı 1.7062
USD 1 ABŞ dolları 1.7000