• şənbə, 20 Aprel, 20:29
  • Baku Bakı 24°C

İstanbulda QDİƏT PA-nın zirvə toplantısı keçirilir

16.05.18 12:30 777
İstanbulda QDİƏT PA-nın zirvə toplantısı keçirilir
İstanbulda Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının zirvə toplantısı keçirilir.
APA-nın məlumatına görə, toplantının açılışında çıxış edən Parlament Assambleyasının baş katibi Asəf Hacıyev bölgənin əsas zənginliyinin təbii mənbələr və enerji ilə birlikdə insan ehtiyatları olduğunu deyib. Təşkilata üzv olan 12 ölkənin müxtəlif mədəniyyətləri təmsil etdiyini xatırladan baş katib mədəniyyətlər arasında sintez yaradılmasının və əməkdaşlığın dərinləşdirilməsinin bölgədə sülh, sabitlik və əmin-amanlığa xidmət edəcəyini vurğulayıb.
Asəf Hacıyev üzv ölkələrin bundan sonra həm təşkilat çərçivəsində, həm də ikitərəfli şəkildə əməkdaşlığı gücləndirəcəklərinə inandığını bildirib.
Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman regionun Orta Şərq, Aralıq dənizi və Balkan bölgəsindən ayrı düşünülə bilinməyəcəyini deyib. Son günlərdə Fələstində cərəyan edən hadisələrə münasibət bildirən İsmayıl QəhrəmanBMT-ni 21 dekabr 2017-ci ildə Fələstinə dair qəbul etdiyi qərarın arxasında durmağa çağırıb.
İsmayıl Qəhrəman prezidentRəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının 18 may 2018-ci ildə İstanbulda fövqəladə zirvə toplantısının çağırıldığını bildirib. O, Fələstin probleminin həll edilmədən Orta Şərqə sülh və əmin-amanlığın bərpasının mümkün olmadığını vurğulayıb.
Tədbirdə Azərbaycan Milli Məclisinin spikeriOqtay Əsədoviştirak edir.
Qeyd edək ki, 1993-cü ilin fevralında yaradılan Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında 12 ölkə təmsil edilir. İstanbuldakı zirvə toplantısına 9 ölkə parlamentinin spikeri qatılıb. Parlament Assambleyasının indiki müvəqqəti sədri Albaniyadır.
banner

Oxşar Xəbərlər