• cümə axşamı, 25 aprel, 09:34
  • Baku Bakı 14°C

İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edilib

20.01.18 18:50 678
İstanbulda “Qanlı Yanvar” adlı sərgi təşkil edilib
Azərbaycan Respublikasının İstanbuldakı baş konsulluğu 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Şəhər Metrosunun "Yeni Qapı” qovşağında "Qanlı Yanvar” adlı fotosərgi təşkil edib. Davamlı olaraq sərgilərin keçirildiyi bu qovşaq ən çox sərnişin olan ərazidir.
AZƏRTACxəbər verir ki, sərgidə 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən orijinal fotolar nümayiş olunur.
Sərginin açılışında baş konsulluğun əməkdaşları, İstanbulda yaşayan azərbaycanlılar, QHT və KİV təmsilçiləri iştirak ediblər.
Eyniadlı sərgi yanvarın 17-dən 20-dək Mərmərə Universitetində də təşkil olunub.
banner

Oxşar Xəbərlər