• çərşənbə axşamı, 16 aprel, 17:04
  • Baku Bakı 19°C

İstanbulda İƏT XİN Şurasının növbədənkənar yığıncağı keçirilir

22.03.19 16:45 668
İstanbulda İƏT XİN Şurasının növbədənkənar yığıncağı keçirilir
Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının növbədənkənar yığıncağı keçirilir.
"Report"un Türkiyə bürosu xəbər verir ki, "Yeni Zelandiyada iki məsciddə baş vermişterror aktı, müsəlmanlara qarşı nifrət və dözümsüzlüklə mübarizə” mövzusunda təşkil olunanaiclasa 42 müsəlman ölkəsinindövlət və hokumət rəsmiləriqatılıb. Toplantıda AzərbaycanıDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz Qurbanlının rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti təmsil edir.
Yığıncağı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açaraq Əfqanıstan, Pakistan, İraq, Somali və digər ölkələrdəterrorla mübarizə aparanların yanında olduğunu bildirib: "Türkiyə İslam dünyasına planlı olaraq yönəldilən, bütün insanlığın gələcəyini təhdid edən hadisələr qarşısında biganə, laqeyd qalmayacaq və susmayacaq.51 nəfərin ölümü, 47 qardaşımızın yaralanması ilə nəticələnən bu hücum heç vaxt adi bir hadisə olaraq görülə bilməz. Bu hadisə kökləri dərinlərə gedib çıxankinin, nifrətin üzə çıxışdır. Həmin cəlladın yazdığı manifestdə, silahının üzərindəki tarix, ad və yerlərə qədər bir çox göstərici bu həqiqəti sübuta. Bu hücum aysberqin görünən üzüdür”.
Daha sonra toplantı iştirakçıları foto çəkdiriblər.
Yığıncaq gün ərzində qapalı iclaslarla işini davam etdirəcək.
banner

Oxşar Xəbərlər