• cümə axşamı, 28 mart, 17:11
  • Baku Bakı 16°C

İstanbulda İƏT-in Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya Konfransı keçirilir

08.12.19 20:00 534
İstanbulda İƏT-in Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya Konfransı keçirilir
Dekabrın 8-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Dövlət və Özəl Sektorlar Nümayəndələrinin İnvestisiya Konfransı keçirilir.
AZƏRTACxəbər verir ki, İstanbul Konfrans mərkəzində reallaşan tədbirdə çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ən varlı və kasıb islam ölkələri arasında gəlir fərqinin 200 dəfədən çox olduğunu bildirib. Türkiyə Prezidenti İƏT-ə üzv ölkələrin əhalisinin 21 faizinin, yəni 350 milyondan çox müsəlmanın yoxsulluqla üz-üzə qaldığını qeyd edib.
Ölkə başçısı İstanbul Arbitaj Mərkəzində tamamlanma işlərinin başa çatdığını və mərkəzin bu il fəaliyyətə keçəcəyini bildirib.
Turizm sahəsindəki inkişaf barədə məlumat verən R.T.Ərdoğan bu il Türkiyəyə 46 milyondan çox xarici vətəndaşın gəldiyini və bununla Türkiyənin dünyanın ən çox turist qəbul edən altıncı ölkə olduğunu bildirib. Bu sahədə inkişafın hər il artdığını deyən ölkə başçısı gələn il üçün Türkiyənin turist hədəfinin 50 milyondan çox olduğunu qeyd edib.
İki gün dava edəcək konfransda ölkəmiz İqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

banner

Oxşar Xəbərlər