• cümə, 26 Aprel, 16:21
  • Baku Bakı 23°C

İstanbulda gəmiçilik kanalının inşasının dayandırılmasından söhbət gedə bilməz

11.06.18 13:30 528
İstanbulda gəmiçilik kanalının inşasının dayandırılmasından söhbət gedə bilməz
İstanbulda gəmiçilik kanalının tikintisinin dayandırılmasından söhbət gedə bilməz.
Trend-in məlumatına görə, bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.
Baş nazir bildirib ki, müxalif partiyanın "Kanal İstanbul"un lazımsız layihə olması barədə bəyanatı absurddur.
B.Yıldırım qeyd edib ki, bu layihə strateji əhəmiyyətli təşəbbüsdür və İstanbulda yükdaşımanın artmasına imkan verəcək.
Xatırladaq ki, "Kanal İstanbul" layihəsinin inşa edilməsi ilk dəfə 2011-ci ildə Türkiyə gündəminə gətirilib.
Layihənin ilkin məbləği 60 milyard türk lirəsidir və kanalın inşasının ölkə iqtisadiyyatına ciddi mənada gəlir gətirəcəyi gözlənilir.
"Kanal İstanbul"un eni 400, dərinliyi 25 metr, uzunluğu isə 43 kilometr olacaq. Kanalın inşası çərçivəsində 38,5 hektar ərazidə yeni yaşayış massivləri inşa ediləcək.
banner

Oxşar Xəbərlər