• çərşənbə, 24 Aprel, 09:06
  • Baku Bakı 13°C

İstanbulda erməni ailənin evinə basqın edən Ermənistan vətəndaşlarına ömürlük həbs istənilib

13.01.17 13:10 1134
İstanbulda erməni ailənin evinə basqın edən Ermənistan vətəndaşlarına ömürlük həbs istənilib
İstanbul Baş Prokurorluğu Türkiyədə yaşayan erməni ailənin evinə basqın etməkdə şübhəli bilinən 3 Ermənistan vətəndaşına ömürlük həbscəzasıverilməsini istəyib.
APA-nın "news.am”-a istinadən verdiyi xəbərə görə, İstanbulun Şişli rayon sakinləri Akop və Səda Dəmirçilərin evinəbasqın edənlərArtur Ayvazyan, Aram Obanesyan və Sergey Mikaelyandır.
Qeyd edək ki, hadisə ötən ilin fevralında baş verib. Cinayətkar dəstənin üzvləri Şişlidə yaşayan ahıl erməni ailəsinin evinə basqın ediblər. Dəstə üzvləri basqın zamanı evdə olan 79 yaşlı Akop Dəmirçi ilə 84 yaşlı Səda Dəmirçinin əl-qolunu bağlayaraq, onlardan pulların və qızıl zinət əşyalarının yerini tələb ediblər. Nəticədə A. Dəmirçinin boynu qırılıb və o, hadisə yerində ölüb. Quldurlar evdən külli miqdarda pul və dəyəri milyonlarla ölçülən qızıl-zinət əşyaları aparıblar.
İş üzrə saxlanan 8 nəfərdən 5-i qadındır. Tutulanların əksəriyyəti Ermənistan vətəndaşıdır və Dəmirçi ailəsinin tanışıdır.
banner

Oxşar Xəbərlər