• cümə, 29 Mart, 14:04
  • Baku Bakı 14°C

İstanbulda daha bir aksiya olub

10.06.13 08:51 1226
İstanbulda daha bir aksiya olub
Türkiyənin dörd bir tərəfində “Gəzi” etirazları davam edir. Modern.az-ın türk mediyasına istinadən verdiyi məlumata görə, İstanbulun Sultanqazi məhəlləsində toplanan bi qrup yerli sakin AKP iqtidarına etiraz aksiyası keçirib. 200-dən çon insan yolu kəsərək “Gəziyə dəstək aksiyalarını davam edəcəklərini bildiriblər.
Aksiyaya müdaxilə edən polislə nümayişçilər arasında qarşıdurma yaranıb. Polis aksiya iştirakçılarına rezin dəyəmnək və gözyaşardıcı qazdan istifadə edib.
Aksiyalar Türkiyənin digər şəhərlərində də davam edib. Ötən axşam Ankarada Qızılay meydanında da etiraz nümayişi keçirilib. Polisin xəbərdarlığına baxmayaraq etirazçı kütlə əsas avtomagistral yolu kəsərək etirazlarını bildiriblər.
İzmirdə də Gəzi etirazları qarşıdurmalarla yadda qalıb.
Ən böyük aksiya Taksim meydanında baş tutub. Aksiyaların 13-cü günündə yenidən Taksimə yığışan kütlə hakimiyyətə etiraz edib.
banner

Oxşar Xəbərlər