• cümə, 19 Aprel, 11:27
  • Baku Bakı 13°C

İstanbulda çökən binada ölü sayı 21-ə çatıb

10.02.19 09:46 436
İstanbulda çökən binada ölü sayı 21-ə çatıb
Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulun Kartal rayonunda çökən binada ölü sayı ilə bağlı açıqlama verib.
AZƏRTACxəbər verir ki, nazir çökən binanın dağıntıları altında 35 nəfərin qaldığını bildirib. Onlardan 14-nün yaralı olaraq xilas edildiyini, 21 nəfərin isə cəsədinin çıxarıldığını deyən S.Soylu baş vermiş hadisə ilə bağlı günahı olanlar barədə lazımi tədbirlərin görüləcəyini qeyd edib.
Xatırladaq ki, hadisə fevralın 6-da baş vermişdi.

banner

Oxşar Xəbərlər