• cümə, 19 Aprel, 03:05
  • Baku Bakı 18°C

İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb

11.03.18 12:22 802
İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
İstanbuldakı "Notist ART” sənət qalereyasında Azərbaycan mənşəli rəssam Teymur Ağaəlioğlunun fərdi rəsm sərgisi açılıb.APA-nın Türkiyə bürosunun məlumatına görə, sərgidə sənətkarın son illərdə peyzaj janrında sulu və yağlıboya ilə çəkdiyi əsərləri nümayiş etdirilir.
Türkiyənin incəsənət ictimaiyyətinin yaxından maraq göstərdiyi sərginin açılış mərasimindəAPA-ya açıqlama verən rəssam Teymur Ağaəlioğlu deyib: "Bu, mənim indiyə qədər Türkiyənin müxtəlif şəhərlərində açdığım 40-cı fərdi sərgimdir, iştirak etdiyim qrup sərgilərinin sayını isə bilmirəm. Sənətkarlar müəyyən mərhələləri keçəndən sonra qrup sərgilərində ciddi seçim apararaq iştirak etməlidirlər. Yaradıcılığımın bundan sonrakı mərhələsinin əsas hədəfi-Qərb ölkələrinin mühüm qalereyalarında fərdi sərgilər açmaqdır. Çünki Türkiyənin ən mühüm muzey, kolleksiya və qalereyalarında mənim hədəfimi təmin edəcək qədər tablolarım var”.
Rəssam Teymur Ağaəlioğlu 1953-cü ildə Gürcüstanın Borçalı bölgəsində anadan olub. İncəsənət təhsilini Əzimzadə adına Rəssamlıq məktəbində və Tbilisi İncəsənət akademiyasında alıb. 1990-cı illərin ortalarından bəri Türkiyədə yaşayan sənətkar, son illərdə yaradıcılıq işlərini İstanbulda davam etdirir. Rəssam Ağaəlioğlu İstanbulun Tophane səmtində qurduğu sənət emalatxanasında təcrübəsini emalatxananın daimi müdavimləri ilə bölüşür.
banner

Oxşar Xəbərlər