• şənbə, 27 Aprel, 02:41
  • Baku Bakı 14°C

İstanbulda 2 partlayış nəticəsində yaralananların sayı 70 nəfərə çatıb

11.12.16 09:01 930
İstanbulda 2 partlayış nəticəsində yaralananların sayı 70 nəfərə çatıb
İstanbulun mərkəzindəki "Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində yaralananların sayı 70-ə nəfərə çatıb.APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.
Qeyd edək ki, Türkiyə DİN rəhbəri Süleyman Soylu İstanbulda iki partlayışın törədildiyini təsdiqləyib: "Partlayışlardan birinin kamikadze tərəfindən törədildiyi ehtimal olunur”.
"Məlumatımıza görə, iki partlayış törədilib. Onlardan biri kamikadze tərəfindən törədilə bilər. İkinci partlayışda minalanmış avtomobildən istifadə edilib, çünki bu daha güclü olub. Həlak olanlarla bağlı bir qədər sonra açıqlama veriləcək”, - deyə Süleyman Soylu bildirib.
"Al Jazeera Turk” telekanalı partlayış nəticəsində azı 15 nəfərin, "Röyters" isə 13 nəfərin öldüyünü iddia edir. Rəsmi qurumlar bu xəbəri təsdiqləmir.
banner

Oxşar Xəbərlər