• cümə axşamı, 25 aprel, 19:11
  • Baku Bakı 21°C

İstanbul Boğazındakı körpü Azərbaycan bayrağının rənglərində

28.05.18 09:30 402
İstanbul Boğazındakı körpü Azərbaycan bayrağının rənglərində
İstanhul Boğazındakı "15 iyul şəhidləri" körpüsü Azərbaycanın üçrəngli bayrağının rənglərinə boyanıb.
Bu barədəAPA-ya məlumat Azərbaycanın İstanbuldakı Baş konsulluğundan daxil olub.
Məlumatda qeyd edilib ki, mayın 27-də axşam saat 21-dən etibarənAzərbaycan bayrağının rənglərinə boyanan körpüdəki o vəziyyət mayın 28-də səhərə qədər davam edəcək, eyni gün axşam saatlarında körpü yenidən lazer işıqları vasitəsi iləüçrəngli bayrağa boyanacaq.
"15 iyul şəhidləri" körpüsünün Azərbaycan bayrağının rənglərinə boyanmasını yerində izləyəndən sonraAPA-ya açıqlama verən Baş konsul Məsim Hacıyev deyib: ”Nəqliyyat, kommunikasiya və dənizçilik nazirliyinin İstanbulldakı bölgə idarəsi ilə danışıqlar apararaq "15 iyul şəhidləri" körpüsünün işıqlar vasitəsiylə bayrağımızın 3 rənginə boyanmasına nail olmuşuq. Cümhuriyyətimizin qurulmasının 100-cü ilində körpünün 2 gecə bayrağımızın rənglərinə boyanması bizim üçün unudulmaz əlamətdar hadisələrdən biridir. Bu işləri həyata keçirmək üçün Baş konsulluğumuz Türkiyə Cümhuriyyətinin müvafiq dövlət qurumları ilə daimi məqsədyönlü iş aparıb. Təklifimizi qəbul edərək körpünü ikigecə üç rəngli bayrağımızın rənginə boyayan müvafiq dövlət qurumlarına öz təşəkkürümü bildirirəm. Bu, mərhum Ulu Öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi "Bir millət, iki dövlət” prinsipinin növbəti əyani təzahürlərindən biridir”.
Qeyd edək ki, 1973-cü ildə inşa edilmiş və hazırda "15 iyul şəhidləri" adını daşıyan körpünün tarixində Azərbaycan dövlətinin bayrağından başqa heç bir dövlətin bayrağının rənglərinə boyanmasına icazə verilməyib.
banner

Oxşar Xəbərlər