• cümə, 29 Mart, 15:54
  • Baku Bakı 14°C

İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salındı

12.12.13 13:27 1897
İstanbul-Bakı və Bakı-İstanbul aviareysləri təxirə salındı
Bu gün saat 13:30-da İstanbuldan Bakıya gəlməsi gözlənilən aviareys təxirə salınıb.
Bu barədə «APA-Economics»ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.
Məlumata əsasən, Türkiyədə müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar olaraq «Türk Hava Yolları» şirkətinin 332 nömrəli aviareysini yerinə yetirən «Boeing-737-400» təyyarəsi İstanbulun Atatürk Hava Limanında Bakı istiqamətində yola düşməyib. Bu səbəbdən həmin təyyarə ilə əks istiqamətdə yerinə yetirilməsi planlaşdırılan Bakı-İstanbul aviareysi də təxirə salınıb.
Qeyd edək ki, bu gün saat 13:30-a təyin olunan aviareysin sərnişinləri İstanbuldan Bakıya saat 19:35-də gəlməsi gözlənilir. Əks istiqamətdə aviareys isə ilkin olaraq saat 20:35-ə təyin olunub.
banner

Oxşar Xəbərlər