• cümə axşamı, 28 mart, 22:09
  • Baku Bakı 13°C

İşsiz şəxslərin qeydiyyata alınmaları üçün elektron qaydada müraciət günləri

07.04.20 22:17 807
İşsiz şəxslərin qeydiyyata alınmaları üçün elektron qaydada müraciət günləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin QRAFİKini təqdim edir.

İşsiz statusuna uyğun gələn şəxslər olduqları rayon (şəhər) üzrə həmin QRAFİKdə göstərilən günlərdə www.e-sosial.az portalı vasitəsilə elektron qaydada müraciətlərini edə bilərlər. http://sosial.gov.az/post/3320
12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.
Alpər TURAN


banner

Oxşar Xəbərlər