• cümə axşamı, 25 aprel, 01:12
  • Baku Bakı 19°C

İsrailli turist: Bakıda gördüyümüz hər şey gözəl və mükəmməldir

29.05.19 14:07 537
İsrailli turist: Bakıda gördüyümüz hər şey gözəl və mükəmməldir
UEFA Avropa Liqasının bu gün keçiriləcək final oyununu izləmək üçün Bakıya gələn "Arsenal" azarkeşləri arasında israilli Lev Holon da var.
Təl-Əvivdən Bakıya dostları ilə birlikdə gələn Lev Holon Azərbaycan paytaxtı barədə təəssüratlarını və qarşıdakı oyunla bağlı proqnozlarınıAZƏRTAC-ın müxbiri ilə bölüşərək deyib: "Bakı çox xoşumuza gəldi. Burada gördüyümüz hər şey gözəl və mükəmməldir, özümüzü tam sərbəst və təhlükəsiz hiss edirik.
Bakıda əsl futbol abı-havası var. Oyunun nəticəsinə gəlincə, əminəm ki, kubok "Arsenal"ın olacaq. Onun bütün tərəfdarları Bakıdan öz ölkələrinə qələbə sevinci ilə qayıdacaqlar”.
banner

Oxşar Xəbərlər