• cümə, 29 Mart, 15:11
  • Baku Bakı 14°C

İsrailin sabiq prezidenti Şimon Peres 94 yaşında vəfat edib

28.09.16 09:19 954
İsrailin sabiq prezidenti Şimon Peres 94 yaşında vəfat edib
İsrailin sabiq prezidentiŞimon Peressentyabrın 28-nə keçən gecə iki həftə əvvəl keçirdiyi insultdan 94 yaşında vəfat edib.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail televiziyası məlumat yayıb.

Şimon Peresin yaxınlarının səhər saatlarında onun ölümü ilə bağlı rəsmi məlumat yayacağı bildirilir.

Xatırladaq ki, İsrailin sabiq prezidentiŞimon Peressentyabrın 13-ü axşam saatlarında kəskin beyin qansızmazı ilə nəticələnən insult keçirib. Xəstəxanaya yerləşdirilən İsrailin doqquzuncu prezidenti medikamentoz yuxuya verilib, ağ ciyərləri havalanma aparatına qoşulub.

Qeyd edək ki, bu il ərzində Peres azı üç dəfə ürəyindəki problemlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Belarusda anadan olmuşŞimon Peresiki dəfə İsrailə rəhbərlik edib.

Şimon Peres(həmçinin İsrailin o zamankı prezidenti İtshak Rabin və Fələstin prezidenti Yasir Ərəfat) 1993-cü ildə Fələstinlə sülh sazişi imzaladığına görə Nobel mükafatına layiq görülüb.
banner

Oxşar Xəbərlər