• şənbə, 20 Aprel, 03:14
  • Baku Bakı 15°C

İsrailin müdafiə naziri Azərbaycana səfər edəcək

12.09.18 13:30 384
İsrailin müdafiə naziri Azərbaycana səfər edəcək
Sentyabrın 13-də İsrailin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gələcək.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.
banner

Oxşar Xəbərlər