• şənbə, 20 Aprel, 02:12
  • Baku Bakı 15°C

İsrailin müdafiə naziri Azərbaycan prezidentini təbrik edib

16.04.18 21:32 804
İsrailin müdafiə naziri Azərbaycan prezidentini təbrik edib
İsrail Dövlətinin müdafiə naziriAviqdor LibermanAzərbaycan prezidentiİlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, məktubda deyilir:

"Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan ilə İsrail bir çox sahələrdə etimad və qarşılıqlı anlaşmaya əsaslanan yaxşı münasibətlərə malikdir. Əlbəttə, müdafiə məsələləri ilə bağlı birgə işlərimiz möhkəm münasibətlərimizin önəmli hissəsini təşkil edir. Mən bu əlaqələrin daha da inkişaf etməsini və genişlənməsini arzu edirəm.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı bildirir, xoşbəxtlik, möhkəm cansağlığı və uğurlar arzu edirəm".
banner

Oxşar Xəbərlər