• cümə axşamı, 25 aprel, 02:37
  • Baku Bakı 19°C

“İsraili udsaq, bunu sensasiya saymayacağam”

05.09.13 12:25 1243
“İsraili udsaq, bunu sensasiya saymayacağam”
- Avroliqadakı çıxışınızı yenicə başa vurduğunuzu nəzərə alsaq, yorğunluq hiss etmirsiz?
- Artıq özümüzə gəlməyə başlamışıq. İsraillə oyuna yaxşı hazırlaşmaq üçün kifayət qədər vaxtımız oldu. Bu oyun bizim üçün çox vacibdi. Qələbə ilə qayıtmaq istərdik. Ola bilər ki, siz təəccüblənəcəksiz. Amma mən bu oyunda hətta üç xal qazanacağımıza da inanıram.
- Bu, sensasiya olardı...
- Mən bunu sensasiya hesab etməzdim. İsrail güclü komandadı. Amma nəhənglərdən deyil. Biz İspaniya, Portuqaliya, Rusiya kimi komandalara qarşı mübarizə aparmışıq. Ona görə inanıram ki, İsrail ilə oyunda uğur qazana biləcəyik. Əgər bu komanda ilə ilk oyunda heç-heçə edə bilmişiksə, deməli qələbə də qazana bilərik.
- Rəqibin heyətində kimi xüsusi qeyd edə bilərsiz?
- İsrail yığması komanda oyunu göstərir. Onların güclü yarımmüdafiə xətti var. Müdafiədən hücuma keçmələri çox yaxşıdı. Fiziki cəhətdən də yaxşı hazırlıqlı olurlar. Amma biz onlardan qorxmamalıyıq. Öz oyunumuzu düşünməliyik.
- “Qarabağ”ın AZAL ilə oyundakı gözlənilməz məğlubiyyətinə nə səbəb oldu?
- Düzünü deyim ki, yorğunluq hiss olunurdu. Biz beş gün ərzində iki oyun keçirməyə öyrəşməmişik. Oyun biz istədiyimiz kimi alınmadı. Oyunu izləyənlər də gördülər ki, nə qədər qol epizodu yaratdıq. Əlbəttə, məğlubiyyətdə özümüz günahkarıq. Bilirdik ki, Avroliqadan sonra çətin olacaq.
- Qurban Qurbanov oyundan sonra dedi ki, komanda Avroliqa ilə vidalaşsa da, fikriniz hələ də ordadı. Tam olaraq çempionata köklənməyiniz üçün nə qədər vaxt lazımdı?
- Artıq növbəti turdan bütün diqqətimiz çempionat oyununa yönələcək. Bu qədər vaxt artıq bizə bəsdi. Azarkeşlərimiz bizi dəstəkləməyə davam etsinlər. Bir məğlubiyyətə görə ruhdan düşmək olmaz.
- Amma qarşıda sizi favoritlərlə oyunlar gözləyir...
- Çempionatda zəif komanda yoxdu. Həm də “Qarabağ”a qarşı hər komanda ikiqat güclə mübarizə aparır. Onlar da gücləndiyimizi bilirlər. Hər rəqiblə oyunda daha diqqətli olmalıyıq. AZAL ilə oyundakı məğlubiyyət bizim özümüzə gəlməyimizə çox kömək etdi.
banner

Oxşar Xəbərlər