• cümə, 29 Mart, 09:12
  • Baku Bakı 5°C

İsraildən təklif - Fələstinlə yoldaşlıq görüşü keçirilsin

11.05.17 17:45 999
İsraildən təklif - Fələstinlə yoldaşlıq görüşü keçirilsin
İsrail Futbol Federasiyasının prezidenti Ofer Eyni maraqlı təklif irəli sürüb.
Kaspi.az xəbər verir ki, Eyni İsraillə Fələstin arasında yoldaşlıq görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. O, bu təşəbbüsü FİFA-nın Bəhreyndə keçirilən konqresində səsləndirib:
"Təklif edirəm ki, İsraillə Fələstin arasında yoldaşlıq görüşü keçirilsin. Əldə olunan vəsait israilli və fələstinli uşaqlar üçün futbol məktəblərin tikilməsinə sərf edilsin. Ancaq biz siyasi məsələləri FİFA vasitəsilə həll etməməliyik. Bu qurumun belə səlahiyyəti yoxdur”.
Buna cavab olaraq Fələstin Futbol Federasiyasının prezidenti Rəcəb bildirib ki, İsrail işğal etdiyi Fələstin torpaqlarından çıxmalıdır. Fələstin və İsrail arasındakı məsələ 5-ci dəfədir ki, FİFA-nın konqresində müzakirəyə çıxarılır. Konqres 2017-ci ilin oktyabrına qədərə bu məsələ ilə bağlı qərar verilməsini təxirə salıb.
banner

Oxşar Xəbərlər