• cümə, 26 Aprel, 23:31
  • Baku Bakı 22°C

İsraildə Qara Yanvar anılıb

21.01.14 15:13 1261
İsraildə Qara Yanvar anılıb
Son vaxtlar İsrail ictimaiyyətini daha çox dost Azərbaycanın müasir tarixi ilə bağlı məlumatlanır. İl ərzində İsraildə keçirilən Azərbaycan Günləri çərçivəsində yəhudi dövlətinin sakinlərinə Azərbaycan haqqında geniş məlumat verilir və Azərbaycanın mədəniyyətindən, tarixindən, müasir siyasi reallıqları haqqında bəhs edilir.
Heydər Əliyev Fondunun dəstəyi və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası "Aziz" və Hayfa Universiteti yanında İran və Fars Körfəzi ölkələrinin öyrənilməsi üzrə Mərkəzin təşkilatçılığı ilə qanlı 20 Yanvar hadisələrini anma axşamı keçirib. Faktiki olaraq, Qanlı yanvar faciəsi İsraildə ilk dəfə bu səviyyədə keçirilib. Qeyd edilib ki Sovet ordusunun antihumanist hərəkətləri nəticəsində azərbaycanlılarla yanaşı yəhudilər, ləzgilər, ruslar və tatarlar həlak olub.
Anma axşamı zamanı tanınmış kinorejissor Andrey Konçalovskinin "Hakimiyyət Yükü" filmindən ivrit dilinə tərcümə edilmiş bir hissə nümayiş etdirilərək həmin dəhşətli günlərə qaytarıb. Bakının küçələri adamla dolu idi, ağlayan insanlar, şəhərə Sovet ordusunun tankları daxil olurdu, Azadlıq meydanında isə iki milyonluq matəm mərasimi keçirilmişdi.
Ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskva nümayəndəliyinə gələrək, Sovet ordusunun vəhşilikləri kəskin pisləyir və Bakıda Vətəninə və dinc insanlara atəş açmağa əmr verən Sovet İttifaqının hərbi və siyasi rəhbərliyini ittiham edirdi. Ümummilli lider Heydər Əliyevin faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etməsi, hərbçilərin dinc əhaliyə divan tutmasına və bütöv bir xalqa qarşı edilmiş tarixi cinayətə qarşı kəskin münasibət bildirməsi tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Tədbirdə İran və Fars Körfəzi ölkələrinin öyrənilməsi üzrə mərkəzin direktoru, doktor Soli Şaxvar çıxış edib qeyd edib ki Qanlı Yanvar hadisələri Azərbaycanın müstəqillik yolunda həm qanlı və eyni zamanda şərəf və qürur səhifəsidir. Doktor Soli Şaxvar "Aziz" Assosiasiyasının rəhbərliyinə bu tədbirin keçirilməsinə görə minnətdarlığını bildirib.
Mərkəzin elmi əməkdaşı Emil Abramov bildirib ki, Mərkəz Azərbaycan tarixinin öyrənilməsi ilə məşğuldur və Azərbaycan-İsrail münasibətlərinin inkişafı ilə bağlı birgə projelərin keçirilməsində maraqlıdır.
İsrail Azərbaycan Beynəlxalq Assosiasiyanın nümayəndələri Yeganə Salman, Arye Qut və Mehman Quliyev 20 yanvar tarixində Sovet rəhbərliyinin, Sovet silahlı qüvvələrinin, kommunist rejiminin Azərbaycan xalqına qarşı törətdiyi bu vəhşi və qəddar aksiya barədə ətraflı söhbət açıb, öz konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən dinc və silahsız əhalinin, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Vətən övladlarının vəhşicəsinə gülləbaran edildiyini diqqətə çatdırıblar.
Eyni zamanda, Hayfa Universitetinin mərkəzi zalında fotoşəkillərindən ibarət sərgi keçirilib. Sərgidə "Aziz" Assosiasiyasının nümayəndəsi, Azərbaycanda fotoqraf işləmiş Boris Dobin tərəfindən çəkilmiş fotolar nümayiş olunub. Sərgi iştirakçıları dağıdılmış avtobuslar və təcili yardım maşınları, iki milyonluq dəfn mərasimi, Azərbaycan xalqının şəhidlərini gördük. Bu şəkillər gələcək nəsillərə Azərbaycan xalqının müstəqillik yolunda dəhşətli və qanlı hadisələr haqqında bir xatirədir. Boris Dobin Heydər Əliyev Fonduna Qanlı Yanvar hadisələrinə həsr olunmuş 67 foto kolleksiyasını hədiyyə etdi.

banner

Oxşar Xəbərlər