AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb

İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb

Təfsilat
11 İyul 2020, 18:30 352
İsrail yeni nəsil kəşfiyyat peykini kosmosa buraxıb.
AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail Müdafiə Nazirliyi və İsrail Aerokosmik Sənayesi "Ofek-16" kəşfiyyat peykini uğurla kosmosa buraxıb. Buraxılış "Şavit" işəsalma qurğusundan istifadə nəticəsində İsrailin mərkəzi hissəsində yerləşən kosmodromdan həyata keçirilib.
Müdafiə Nazirliyinin bəyanatına əsasən, "Ofek-16" qabaqcıl elektrooptik kəşfiyyat peykidir. Peyk buraxılışa kimi sınaqlardan keçib.
Xatırladaq ki, İsrailin "Ofek-1" qrupuna məxsus ilk peyki 1988-ci ildə buraxılıb.