• cümə, 29 Mart, 09:11
  • Baku Bakı 5°C

İsrail XİN: "Qarabağda sülh olsa, regionun iqtisadi potensialı güclü olacaq"

23.09.16 14:56 888
İsrail XİN: "Qarabağda sülh olsa, regionun iqtisadi potensialı güclü olacaq"
"Biz Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən prosesi izləyirik”.APA-nın İsrailə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu İsrail Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin rəhbəri, İsrailin Azərbaycandakı keçmiş səfiri Rafael Harpaz deyib.

Onun sözlərinə görə, İsrail həqiqətən inanır və ümid edir ki, yeganə həll yolu sülh yoludur: "Regionda belə bir təcrübəmiz olub. Biz ümid edirik ki,ATƏT-in Minsk qrupunun başçılığı ilə beynəlxalq səylər uğurlu olacaq və biz bu səyləri dəstəkləyirik. İsrailin Ermənistanla da yaxşı münasibətləri var. Biz sülh istəyirik. Əgər sülh olarsa, regionun iqtisadi potensialı güclü olacaq".

Keçmiş səfir İsraildə Azərbaycan səfirliyinin açılmasından çox məmnun olacaqlarını bildirib: "Biz danışıqlar aparırıq. Lakin yekun qərarı Azərbaycan hökuməti verməlidir".

Səfir baş nazir Benyamin Netanyahunun Azərbaycana planlaşdırılan səfərinə toxunaraq İsrail hökumətininbu səfərin reallaşmasında maraqlı olduğunu bildirib.
banner

Oxşar Xəbərlər