AZE | RUS | ENG |


İsrail telekanalında Lapşinin Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi haqqında süjet göstərilib

İsrail telekanalında Lapşinin Azərbaycan Prezidenti tərəfindən əfv edilməsi haqqında süjet göstərilib
Azərbaycan Respublikasının erməni separatçılar tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionuna səfər etdiyinə görə üç il həbs cəzasına məhkum olunmuş bloqer Aleksandr Lapşin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv edilib. Bu, Azərbaycan dövlətinin başçısı tərəfindən çox böyük mərhəmət addımıdır.

AZƏRTAC xəbər verir ki, İsraildəki "Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut bu sözləri İsrailin 9-cu televiziya kanalının "Den” proqramının birbaşa efirində "Bloqer Lapşin Azərbaycanda əfv edilib” adlı süjeti şərh edərkən söyləyib.

İsrailli ekspertin sözlərinə görə, rəsmi Bakı yalnız Lapşin İsrail vətəndaşı olduğuna görə onun üçün mümkün olan bütün güzəştləri tətbiq edib. Arye Qut İsrailin 9-cu televiziya kanalının "Den” proqramının birbaşa efirində vurğulayıb: "Belə bir humanist qərar üçün əsas verən - İsrail və Azərbaycan dövlətlərinin həyat fəaliyyətinin demək olar ki, bütün sahələrini əhatə edən ən yüksək səviyyəli strateji və dostcasına qarşılıqlı münasibətlərdir. Bu gün strateji xarakter daşıyan bu qarşılıqlı münasibətləri bir məsuliyyətsiz bloqerin ucbatından heç kəs şübhə altına almayacaq, heç kəs onları riskə məruz qoymayacaq. Mən də jurnalistəm, mən də müxtəlif ölkələr, müxtəlif hadisələr və problemlər haqqında yazıram, lakin hər məsələdə müəyyən qırmızı xətt var ki, həmin xətti keçmək olmaz, yəni siyasi korrektliyə riayət etmək, öz sözlərinə və hərəkətlərinə görə siyasi məsuliyyət daşımaq lazımdır. Dağlıq Qarabağ Azərbaycanın əzəli tarixi ərazisidir və bu fakt bütün tarixi mənbələrdə təsdiqlənib. Lapşinin Azərbaycanın separatçılar tərəfindən işğal edilmiş ərazilərinə səfər etməsi az imiş kimi, o həm də sonradan Azərbaycan xalqının və Azərbaycan dövlətinin ünvanına alçaldıcı və təhqiramiz ifadələr işlətməyə başlayıb - bu qırmızı xətdir. Sonra isə, Azərbaycanın hakimiyyət orqanları onu Minskdən Bakıya ekstradisiya edəndə Lapşin səfehlik etdiyinə görə üzr istəməyə başlayıb. Lapşinin həbs edilməsi ilə əlaqədar İsraildəki bəzi KİV-lərin müəyyən neqativ fon yaratmalarına baxmayaraq Azərbaycan Prezidenti Ilham Əliyev çox müdrik və humanist qərar qəbul edib”.

Arye Qut qeyd edib ki, Prezident Ilham Əliyev yaranmış vəziyyəti tamamilə düzgün qiymətləndirərək, İsrail vətəndaşının əfv edilməsi barədə fərman verib. İsrailli ekspert vurğulayıb: "Biz 2016-cı ilin dekabr ayında İsrailin Baş nazirinin Azərbaycana tarixi səfərini xatırlayırıq. Baş nazir orada qeyd etmişdi ki, Azərbaycan əsl multikulturalizm və tolerantlıq modelidir, bu ölkə yəhudilərin təhsil almasına sponsorluq edir, burada 30 minlik yəhudi icması yaşayır və inkişaf edir, Azərbaycan Prezidenti yəhudi icması üçün sinaqoq inşa edib”.

Ekspert Arye Qut İsrailin 9-cu televiziya kanalının "Den” proqramının birbaşa efirindəki çıxışının sonunda deyib: "Bir neçə ay bundan əvvəl Bakıda keçirilən bir tədbirdə mən Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənova Lapşin barəsində sual verdim. Əli Həsənov bildirdi ki, Lapşinin məsələsində gözləmək lazımdır, yəqin ki, Prezident İlham Əliyev ən humanist qərar qəbul edəcək. Bu gün belə də oldu, mənim proqnozlarım doğru çıxdı. Bu barədə Lapşinin həmişə mənimlə əlaqə saxlayan ailəsinə məlumat verdim. Ən vacibi budur ki, Azərbaycan Prezidenti ilk növbədə Lapşinin İsrail vətəndaşı olmasını nəzərə alaraq onun əfv edilməsi barədə Sərəncam imzalayıb. Bu mənada Lapşinin bəxti gətirib ki, o, İsrail vətəndaşıdır. Azərbaycan rəhbərliyi böyük humanistlik göstərərək Lapşini əfv edib”.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6239
GBP 1 İngilis funt sterlinqi 2.2488
TRY 1 Türk lirəsi 0.4410
KWD 1 Küveyt dinarı 5.6261
SEK 1 İsveç kronu 0.2028
EUR 1 Avro 2.0070
CHF 1 İsveçrə frankı 1.7134
USD 1 ABŞ dolları 1.7002