AZE | RUS | ENG |

İsrail təbii qazı 2020-ci ildə İordaniyaya çatacaq

İsrail təbii qazı 2020-ci ildə İordaniyaya çatacaq
İsrail təbii qazını İordaniyaya daşıyacaq boru kəməri nəzərdə tutulduğu vaxtda, 2020-ci ilin əvvəlində ilk qaz tədarükünü həyata keçirəcək.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2020-ci ilin əvvəlində İsrail təbii qazının İordaniyaya çatdırılması gözlənilir. İsraildəki "Leviathan” yatağından hasil olunacaq qazı İordaniyaya çatdıracaq boru kəmərinin inşası 2019-cu ilin sonunda tamamlanacaq. 15 il boyunca İordaniyaya 10 milyard dollarlıq İsrail qazının nəql edilməsi planlaşdırılır.

İsrail-İordaniya sərhədindən İordaniyanın Mafraq bölgəsinə qədər uzanan və tikintisinə başlanılan 65 kilometrlik boru kəməri 2020-ci ildə təbii qaz nəql etməyə başlayacaq. Kəmərlə hər il 3 milyard kubmetr qaz nəql ediləcək.

Bu boru kəməri tamamlandıqdan sonra Mafraqdakı qaz xəttinə birləşəcək və sonra ölkədəki enerji sisteminə paylanacaq. 2020-ci ilin əvvəlində isə "Noble Energy” qaz tədarükünə başlayacaq.

İsrail tərəfində də boru kəmərinin çəkilməsi işləri davam edir. İşlər İordaniyanın "NEPCO” dövlət enerji şirkəti və "Noble Energy” arasında 2016-cı ildə imzalanan 15 illik və 10 milyard dollarlıq müqavilə çərçivəsində aparılır.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6504
GBP 1 İngilis funt sterlinqi 2.2363
TRY 1 Türk lirəsi 0.2688
KWD 1 Küveyt dinarı 5.6131
SEK 1 İsveç kronu 0.1908
EUR 1 Avro 1.9876
CHF 1 İsveçrə frankı 1.7667
USD 1 ABŞ dolları 1.7000