İsrail stadionu dəyişməkdən imtina etdi

İsrail stadionu dəyişməkdən imtina etdi

İdman
28 Mart 2013, 17:10 993
İsrail Futbol Federasiyası DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri ev oyununun stadionunun dəyişdirilməsinə dair istəkləri rədd edib. Azerisport.az xəbər verir ki, qarşılaşma öncədən də nəzərdə tutulduğu kimi, Ramat-Qandakı stadionda baş tutacaq.

Qeyd edək ki, İsrail – Azərbaycan matçının başqa arenada keçirilməsini meydan sahiblərinin futbolçuları tələb edirdilər. Onlar bunu Ramat-Qandakı arenanın tribunalarının meydandan aralı olması və azarkeşlərin dəstəyini tam hiss edə bilməmələri ilə əlaqələndirirdilər. Hətta məşqçilər korpusu da bu məsələdə futbolçuları dəstəkləmişdi.

Lakin federasiya rəhbərliyi onların bu istəyini nəzərə almayıb. İFF bunu onunla əlaqələndirib ki, artıq Azərbaycanla oyuna 22 min bilet satılıb və bu qədər azarkeşi ölkədəki digər arenaların heç birinə sığışdırmaq olmaz.

Maraq üçün qeyd edək ki, İsrail – Azərbaycan matçı sentyabrın 6-da keçiriləcək.