• cümə, 29 Mart, 16:42
  • Baku Bakı 14°C

İsrail İranın Suriyadakı hədəflərinə zərbələri artırmağa hazırdır

13.01.19 23:58 351
İsrail İranın Suriyadakı hədəflərinə zərbələri artırmağa hazırdır
İsrailİranınSuriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaq üçünTehranın qonşu ərəb ölkəsindəki obyektlərinə hücumları artırmağa hazırdır.
"Report” TASS-a istinadən xəbər verir ki, bunu bazar günü yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu deyib.
"İsrail [şənbə gününə keçən gecə]Dəməşqbeynəlxalq aeroportundaİranın silah anbarına zərbə endirib, bu, bizim İranın Suriyada hərbi cəhətdən möhkəmlənməsinin qarşısını almaqda qərarlı olduğumuzu əks etdirir. Lazım gələrsə, biz bu cür hücumları intensivləşdirməyə hazırıq", - deyə dəftərxananın baş nazirə istinadən yaydığı bəyanatda bildirilir.
Daha əvvəlİsrail Qəzzada HƏMAS-ın mövqelərinəhava zərbəsi endirib.

banner

Oxşar Xəbərlər