• cümə axşamı, 28 mart, 13:45
  • Baku Bakı 16°C

İsrail Fələstindən FİFA-ya şikayət edəcək

07.06.18 11:20 660
İsrail Fələstindən FİFA-ya şikayət edəcək
İsrail Futbol Assosiasiyası FİFA-ya Fələstin Futbol Federasiyasından şikayət edəcək.
Kaspi.az xəbər verir ki, Fələstin tərəfinin etirazından sonra Argentina İsraillə yoxlama oyunu keçirməkdən imtina edib. İsrail tərəfi fələstinliləri təhdiddə ittiham edirlər. Məsələ ilə bağlı İsrail tərəfinin yaydığı bəyanatda deyilir:
"İsrail Futbol Assosiasiyasının rəhbəri Ofer Eyni ilə baş direktor Rotem Kamer Argentina Futbol Assosiasiyası və FİFA ilə birbaşa əlaqədədirlər. Biz bu günə qədər yoxlama oyununun təxirə salındığı barədə rəsmi məlumat almamışıq.
Ancaq qarşılaşmanın keçirilməmə ehtimalı var. Fələstin tərəfinin təhdidinə ciddi yanaşırıq. İsrail tərəfi FİFA prezidenti Canni İnfantinoya bu təhdidlə bağlı şikayət edəcək. Futbolçuları təhdid edənlər cəzalandırılmalıdırlar”.
banner

Oxşar Xəbərlər