• cümə, 29 Mart, 14:10
  • Baku Bakı 14°C

İsrail baş naziri Rusiya prezidenti ilə görüşməyi planlaşdırır

20.08.17 11:22 563
İsrail baş naziri Rusiya prezidenti ilə görüşməyi planlaşdırır
İsrail baş naziri Benyamin Netenyahu avqustun 23-də Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşməyi planlaşdırır. "Report” TASS-a istinadən xəbər verir ki, görüşdə Yaxın Şərqdəki vəziyyətin müzakirə olunması gözlənilir.
İsrail hökumət başçısının dəftərxanasından daxil olan məlumata görə, son 2 il ərzində Netenyahu və Putin dəfələrlə görüşərək Suriyada İsrail və Rusiya hərbi-hava qüvvələrinin ola biləcək toqquşmasının qarşısının alınmasını müzakirə ediblər və bu günədək bu uğurlu alınıb.
Kreml hələlik belə görüşün olacağını bildirməyib.
banner

Oxşar Xəbərlər