• çərşənbə, 24 Aprel, 19:35
  • Baku Bakı 23°C

İspanlarla ruslar dalaşdı, polis öldü

23.02.18 10:25 646
İspanlarla ruslar dalaşdı, polis öldü
Avropa Liqasının 1/8 finalının cavab qarşılaşmasında - "Sevilya” - "Spartak” oyununda insident yaşanıb.
Kaspi.az xəbər verir ki, "San-Mames” stadionunun meydanında ruslarla ispanlar arasında kütləvi dava-dalaş olub. Dava-dalaşı yatırmaq istəyən polislərdən biri xəsarət alıb.
Onu təcili olaraq xəstəxanaya çatdırıblar. Ancaq həkimlər polisin həyatını xilas edə bilməyiblər. Məlumata görə, dava-dalaşın iştirakçısı olan 5 fanat saxlanılıb.
Qeyd edək ki, fanatlar arasındakı qarşıdurma oyunun başlamasına təxminən bir saat qalmış baş verib.
banner

Oxşar Xəbərlər