• çərşənbə, 17 Aprel, 00:04
  • Baku Bakı 14°C

İspanlar İtaliyaya getməkdən imtina etdilər

11.03.20 12:22 1027
İspanlar İtaliyaya getməkdən imtina etdilər
İspaniyanın "Xetafe” klubu Avropa Liqasının 1/8 finalının ilk qarşılaşması üçün İtaliyaya getməkdən imtina edib.
Kaspi.az xəbər verir ki, Xetafe” bu mərhələdə "İnter”lə qarşılaşacaq. Bu barədə klubun prezidenti Anhel Torres məlumat verib:
"Əgər lazımdırsa, bu mərhələdə mübarizəni dayandıracağıq. Biz futbolçuların sağlamlığını risk altına ata bilmərik. Biz UEFA-dan xahiş etdik ki, oyunun keçirilməsi üçün başqa variant axtarsınlar.
Biz koronavirusa görə problem yaşamaq istəmirik. Bu, bizə lazım deyil. Yaxşı olardı ki, oyun təxirə salınsın”.
banner

Oxşar Xəbərlər