• şənbə, 20 Aprel, 15:22
  • Baku Bakı 23°C

İspaniyanın Alikante muxtariyyətinin nümayəndələri Azərbaycandan turistlərin cəlb olunmasında maraqlıdırlar

19.02.17 17:47 1286
İspaniyanın Alikante muxtariyyətinin nümayəndələri Azərbaycandan turistlərin cəlb olunmasında maraqlıdırlar
İspaniyanın Alikante vilayətinin turizm üzrə şurasının nümayəndələri Bakı və Almatı şəhərlərinə səfər ediblər. Bu ölkənin diarioinformacion.com portalında dərc olunan məqalədə qeyd edilir ki, səfərdə məqsəd Azərbaycandan və Qazaxıstandan turistlərin cəlb olunması istiqamətində iş aparmaq olub.
Alikante vilayətinin nümayəndələri Bakıda bir sıra işgüzar görüşlər keçiriblər. Şuranın vitse-prezidenti Eduardo Dolon deyib ki, "Azərbaycan və Qazaxıstan ÜDM-i sürətlə artan ölkələrdir. Bu ölkələrin əhalisinin alıcılıq qabiliyyəti yüksəkdir və turistik səfərlərdə maraqlıdırlar".
banner

Oxşar Xəbərlər