• şənbə, 20 Aprel, 18:59
  • Baku Bakı 24°C

İspaniyalı futbolçu: "Qarabağ"la matçın oynanmaması daha yaxşı olar"

09.12.20 22:30 585
İspaniyalı futbolçu: "Qarabağ"la matçın oynanmaması daha yaxşı olar"
"UEFA-nın hansı qərarı verəcəyini bilmirik, gözləyirik. Həqiqət budur ki, hazırkı vəziyyət və təqvimə görə oynamamağımız daha yaxşı olar".
"Report" xəbər verir ki, bu fikirləri İspaniyanın "Vilyarreal" klubunun futbolçusu Pau Torres Avropa Liqasının VI turunun "Qarabağ"la dekabrın 10-da baş tutmaması gündəmdə olan matçı barədə AS nəşrinə açıqlamasında deyib.
23 yaşlı müdafiəçi görüşün keçirilmə ehtimalının çox az olduğunu bildirib: "Ümid edirəm ki, oyun ləğv ediləcək. Ancaq oynamağımız lazım gələrsə, meydana çıxacağıq. Qrupdakı vəziyyətə görə qarşılaşmanın keçirilməyəcəyini düşünürük. Hazırda La Liqada "Betis"lə matça köklənmişik".
Qeyd edək ki, "Qarabağ" klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlandığı üçün "Vilyarreal"la matç təxirə salınıb. Qarşılaşma ilə bağlı yekun qərarı UEFA verəcək.
banner

Oxşar Xəbərlər