İspaniyada yayımlanacaq qısametrajlı filmin azərbaycanlı müəllifi - Örnək
Aruzusu diplomat
olmaqdır. Bunun üçün indidən çalışır. Deyir ki, xarici ölkədə vətənini təqdim
etmək, sevdirmək üçün diplomat olmağa ehtiyac yoxdur. Hər bir gənc içindəki vətən
sevgisi ilə bu vəzifənin öhdəsindən gələ bilər . Bir azərbaycanlı olaraq vəzifəsini
bilir. Düşünür ki, hansı ölkədə olursa-olsun, Azərbaycanı layiqincə təmsil etməlidir.
Hər bir gənc içindəki vətən sevgisi ilə bu vəzifənin öhdəsindən gələ bilər.
"Diplomat ən azı 2-3 dildə səlis danışmalıdır”
Müsahibimiz uşaqlıqdan başqa ölkədə yaşadığı üçün o zamandan vətənini təmsil etmək kimi məqsədləri olub. Məhz bu səbəbdən ingilis, rus, ispan və katalon dilini mükəmməl şəkildə öyrənib: "Uşaqlıqdan diplomat olmaq istəyirdim. Ümumiyyətlə, diplomatiya sahəsində müxtəlif dillərdə dövləti, Azərbaycan gəncliyini təmsil etmək mənim üçün ən böyük uğurlardan biridir. O zaman fikirləşirdim ki, ingilis, rus, türk dilini mükəmməl bilmək olar. Amma tanınmış başqa dilləri də öyrənmək pis olmazdı. Çünki ispan dili də İspaniyada, Latın Amerikasında aparıcı dillərdəndir. Düşünürəm ki, diplomat ən azı 2-3 dildə səlis danışmalıdır. Dövlətini təmsil edirsənsə, aparıcı dilləri bilməlisən. Nə qədər ki gəncik, lazım olan dilləri öyrənməliyik”.
"Erməni politoloqa cavab verdim”
Məqsədi yaşadığı, səyahət etdiyi ölkələrdə Azərbaycanla bağlı danışmaq, Xocalı faciəsini dünyaya tanıtmaqdır. Hətta ilk azərbaycanlıdır ki, Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münasibətləri ilə əlaqədar İspaniya radiosunda erməni politoloqa cavab olaraq çıxış edib və onu efirdən uzaqlaşdırıb: "Barselonada 8 ildir fəaliyyət göstərən və kifayət qədər tanınan erməni politoloq hər zamankı kimi, ispan radiosunda Ermənistan respublikası, qondarma soyqırımı haqqında danışırdı. Yalanlarını bir daha təbliğ edirdilər. Həmin radioda tanışlardan biri mənə məlumat ötürdü ki, erməni politoloq Azərbaycan haqqında müəyyən fikirlər söyləyir. Mən radioya zəng etdim. Dedilər ki, sizin zənginizi qəbul edə bilmərik, konflikt yaranar. Dedim ki, konfliktin bir tərəfinə qulaq asmısınızsa, o biri tərəfini də dinləməlisiniz. Sizin yanaşmanız demokratik deyil. Çəkdiyimiz ağrıların nə olduğunu biz bilirik və xahiş edirəm, məni dəvət edin, ispan dilində danışım. Razılaşdılar... Onlardan xahiş etdim ki, həmin proqramı 26 fevral tarixində yayımlasınlar. Həmin çıxış həm fevralın 25-də canlı olaraq, həm də 26-da təkrar efirə getdi. Verilişdə ermənilərin başımıza açdığı müsibətlərdən danışdım. Həmin verilişdən sonra martın 5-də məni yenidən dəvət etdilər və Azərbaycandakı iqtisadi inkişaf haqqında danışdım”.
"Film İspaniyada yayımlanacaq”
Mahir hazırda Azərbaycan diplomatiyasının gücündən bəhs edən film, proqram üzərində işləyir: "Deməli, rus, türk və İspaniyanı təmsil edən diplomatlar əyləşib. Mən isə Azərbaycan diplomatı rolunu oynayıram. Danışıqlar rus dilində gedir. Rusiya-Azərbaycan əməkdaşlığının vacibliyi, Türkiyə-Azərbaycan arasında olan əməkdaşlıq haqqında müzakirələr gedir. Həmçinin filmdə ispan dilində qeyd edirəm ki, Azərbaycan diplomatiyası çox güclüdür və hazırda öz dövlətini dünyada təmsil edə bilir. Daha sonra filmdə Dağlıq Qarabağ münaqişəsi haqqında məqamlardan bəhs edir, 4 qətnamədən danışır, bu qətnamələri Ermənistan tərəfinin icra etməməsini vurğulayıram. Həmçinin Azərbaycanın iqtisadi inkişafı, islahatlar haqqında fikirlərimi bildirirəm. Filmi Can Özbatur çəkib və Latın Amerikası ölkələrində, İspaniyada yayımlanacaq”.
"Qısametrajlı film zəruridir”
Mahir deyil ki, Latın Amerikası və İspaniyada Azərbaycan haqqında çox az məlumatlar var: "Ona görə də düşündüm ki, qısametrajlı proqram və yaxud da film zəruridir. Həmin ictimaiyyətə Azərbaycanın həm problemləri, həm də iqtisadi inkişafı ilə bağlı dolğun məlumat vermək lazımdır. Latın Amerikası və İspaniyada fəaliyyət göstərən səfirliklərə filmi təqdim edəcəyik, onlar da lazım olan icmalara verəcəklər. İspan dilində Azərbaycan haqqında məlumatlar yox səviyyəsindədir. Bu səbəbdən filmdə söhbətlər ispan dilində də aparılır”.
"İspan KİV-lərində diplomatik danışıqlar aparmışam”
"Hər şey gənclikdən asılıdır”
"Örnək” rubrikamızın
qonağı Mahir Qurbanovdur.
O, 1990-cı ildə Göyçayda
anadan olub. Uzun müddət ailəsi ilə birlikdə Ukraynanın Xarkov şəhərində
yaşayıb. Vətənə qayıtdıqdan sonra isə Mingəçevir şəhərində 3 saylı orta məktəbdə
oxuyub. Orta təhsilini başa vurduqdan sonra 2008-2011-ci illərdə Azərbaycan
Dillər Universitetinin ispan dili üzrə tərcüməçilik fakültəsində təhsil alıb.
Magistr təhsilini isə Barselona Dövlət Universiteitində siyasi təhlil ixtisası
üzrə alıb. Hazırda politoloq-tərcüməçi kimi fəaliyyət göstərir. "Diplomat ən azı 2-3 dildə səlis danışmalıdır”
Müsahibimiz uşaqlıqdan başqa ölkədə yaşadığı üçün o zamandan vətənini təmsil etmək kimi məqsədləri olub. Məhz bu səbəbdən ingilis, rus, ispan və katalon dilini mükəmməl şəkildə öyrənib: "Uşaqlıqdan diplomat olmaq istəyirdim. Ümumiyyətlə, diplomatiya sahəsində müxtəlif dillərdə dövləti, Azərbaycan gəncliyini təmsil etmək mənim üçün ən böyük uğurlardan biridir. O zaman fikirləşirdim ki, ingilis, rus, türk dilini mükəmməl bilmək olar. Amma tanınmış başqa dilləri də öyrənmək pis olmazdı. Çünki ispan dili də İspaniyada, Latın Amerikasında aparıcı dillərdəndir. Düşünürəm ki, diplomat ən azı 2-3 dildə səlis danışmalıdır. Dövlətini təmsil edirsənsə, aparıcı dilləri bilməlisən. Nə qədər ki gəncik, lazım olan dilləri öyrənməliyik”.
"Erməni politoloqa cavab verdim”
Məqsədi yaşadığı, səyahət etdiyi ölkələrdə Azərbaycanla bağlı danışmaq, Xocalı faciəsini dünyaya tanıtmaqdır. Hətta ilk azərbaycanlıdır ki, Xocalı faciəsi, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan-Azərbaycan münasibətləri ilə əlaqədar İspaniya radiosunda erməni politoloqa cavab olaraq çıxış edib və onu efirdən uzaqlaşdırıb: "Barselonada 8 ildir fəaliyyət göstərən və kifayət qədər tanınan erməni politoloq hər zamankı kimi, ispan radiosunda Ermənistan respublikası, qondarma soyqırımı haqqında danışırdı. Yalanlarını bir daha təbliğ edirdilər. Həmin radioda tanışlardan biri mənə məlumat ötürdü ki, erməni politoloq Azərbaycan haqqında müəyyən fikirlər söyləyir. Mən radioya zəng etdim. Dedilər ki, sizin zənginizi qəbul edə bilmərik, konflikt yaranar. Dedim ki, konfliktin bir tərəfinə qulaq asmısınızsa, o biri tərəfini də dinləməlisiniz. Sizin yanaşmanız demokratik deyil. Çəkdiyimiz ağrıların nə olduğunu biz bilirik və xahiş edirəm, məni dəvət edin, ispan dilində danışım. Razılaşdılar... Onlardan xahiş etdim ki, həmin proqramı 26 fevral tarixində yayımlasınlar. Həmin çıxış həm fevralın 25-də canlı olaraq, həm də 26-da təkrar efirə getdi. Verilişdə ermənilərin başımıza açdığı müsibətlərdən danışdım. Həmin verilişdən sonra martın 5-də məni yenidən dəvət etdilər və Azərbaycandakı iqtisadi inkişaf haqqında danışdım”.
"Film İspaniyada yayımlanacaq”
Mahir hazırda Azərbaycan diplomatiyasının gücündən bəhs edən film, proqram üzərində işləyir: "Deməli, rus, türk və İspaniyanı təmsil edən diplomatlar əyləşib. Mən isə Azərbaycan diplomatı rolunu oynayıram. Danışıqlar rus dilində gedir. Rusiya-Azərbaycan əməkdaşlığının vacibliyi, Türkiyə-Azərbaycan arasında olan əməkdaşlıq haqqında müzakirələr gedir. Həmçinin filmdə ispan dilində qeyd edirəm ki, Azərbaycan diplomatiyası çox güclüdür və hazırda öz dövlətini dünyada təmsil edə bilir. Daha sonra filmdə Dağlıq Qarabağ münaqişəsi haqqında məqamlardan bəhs edir, 4 qətnamədən danışır, bu qətnamələri Ermənistan tərəfinin icra etməməsini vurğulayıram. Həmçinin Azərbaycanın iqtisadi inkişafı, islahatlar haqqında fikirlərimi bildirirəm. Filmi Can Özbatur çəkib və Latın Amerikası ölkələrində, İspaniyada yayımlanacaq”.
"Qısametrajlı film zəruridir”
Mahir deyil ki, Latın Amerikası və İspaniyada Azərbaycan haqqında çox az məlumatlar var: "Ona görə də düşündüm ki, qısametrajlı proqram və yaxud da film zəruridir. Həmin ictimaiyyətə Azərbaycanın həm problemləri, həm də iqtisadi inkişafı ilə bağlı dolğun məlumat vermək lazımdır. Latın Amerikası və İspaniyada fəaliyyət göstərən səfirliklərə filmi təqdim edəcəyik, onlar da lazım olan icmalara verəcəklər. İspan dilində Azərbaycan haqqında məlumatlar yox səviyyəsindədir. Bu səbəbdən filmdə söhbətlər ispan dilində də aparılır”.
"İspan KİV-lərində diplomatik danışıqlar aparmışam”
Mahir deyir ki, ən böyük arzusu vətənini ispandilli
ölkələrdə təmsil etməkdir: "Ən böyük arzularımdan biri diplomat olmaqdır.
Düşünürəm ki, bu gün gənclərin apardığı işlər, xüsusilə də təmsilçilik işləri
sabah diplomatik miqyaslı bir işə çevrilə bilər. Ən böyük arzum vətənimi
ispandilli ölkələrdə sözün əsl mənasında təmsil etməkdir. İspanların müxtəlif
KİV-ləri ilə diplomatik danışıqlar aparmışam. Xocalı faciəsi ilə də
bağlı ilk dəfə Ekvador televiziyasında çıxış etdim. Hər zaman Azərbaycanı təmsil
etməyə hazıram”.
Mahir düşünür ki, digər
ölkələrdəki gənclərlə müqayisədə, bizim gəncliyimiz çox intellektualdır: "Mənimlə
yanaşı, müxtəlif dillərdə danışan, xaricdə təhsil alan digər gənclər də var. Əgər
təhsilimiz deyilən qədər zəif olsaydı, bizim gəncliyimiz bunları necə edə bilərdi?
Bizdə gənclər üçün həvəsləndirici layihələr keçirilir, dövlət proqramları qəbul
olunur. Bunun əsasında insanlar öyrənirlər. Hətta mən deyərdim ki, müəyyən ölkələr
var ki, bizim gənclikdən də nəsə öyrənməlidir. Kataloniyada da, İspaniyada da
yaşamışam və gəncləri müqayisə etmişəm. Bizim intellektual gənclərimiz çoxdur. Bir
çoxları ən azı iki dil bilir. Amma İspaniyada hər gənc bunu bacarmır. İkinci
dil bilən insan bunu prioritet görür və başqa ölkəyə getmək istəyir. Amma bizim
gənclər savadlı, dünyagörüşlü, istedadlıdır, bir neçə dildə səlis danışa bilirlər.
Təbii, ispan gənclərinin də özünə görə səviyyəsi, dünyagörüşü, savadı var”."Hər şey gənclikdən asılıdır”
Müsahibimiz sonda xaricə
gedən gənclərə məsləhətlər verdi: "İnsanlar müxtəlifdir. Amma hamımızın qəlbində
vətənə sevgi, diqqət olmalıdır. Bizim borcumuz vətənimizi təmsil etməkdir. Gənclər
bilməlidirlər ki, "gəzməyə qərib ölkə, ölməyə vətən yaxşıdır”. Hara getsək, azərbaycanlı
olduğumuzu bilməli, ölkəmizi təmsil etməli, vətənimizi düzgün təqdim etməliyik.
Xaricdə müəyyən çətinliklər ola bilər. Amma insan özünə inanmalıdır. Hər şey
yolunda getməyə bilər, əsas odur ki, qarşına qoyduğun məqsəddən geri dönməyəsən.
İnsan əziyyətlə nəyəsə nail olduqda, onun bəhrəsini gördükdən sonra sözün əsl mənasında
bu ləzzəti alır. Hamımız vətənimizi sevməliyik. Biz bu vətənin əsgərləriyik. Vətənə
borcumuz nədirsə, hamısını ödəməliyik. Ən əsası, bütün Azərbaycan gəncliyi bir
yumruq kimi olsa, bizi heç nə yıxa bilməz. Hər şey gənclikdən asılıdır”.
Aygün ƏZİZ