AZE | RUS | ENG |

İspaniyada tətilə hazırlaşırlar

İspaniyada tətilə hazırlaşırlar
İspaniya çempionatında futbolçular tətil edə bilərlər. 
 
Kaspi.az xəbər verir ki, buna səbəb İspaniya çempionatının bir neçə qarşılaşmasının ABŞ-da keçirilməsi ilə bağlı verilən qərardır. La Liqa rəhbərliyi həmkarlar ittifaqı və klublarla məsləhətləşmədən 15 oyunun ABŞ-da və Kanadada keçirilməsi ilə bağlı müqavilə imzalayıb. 
 
Çempionatda iştirak edən 20 komandanın hamısının kapitanları bununla bağlı narazılıqlarını liqa rəhbərliyinə çatdırıblar. Sentyabrın 10-da La Liqa prezidenti Xavyer Tebasla futbolçuların həmkarlar ittifaqının rəhbəri David Aqanso arasında görüş olub. 
 
Ancaq görüşdə kompromis variant əldə etmək mümkün olmayıb. Ona görə də, futbolçular çempionat oyunlarını boykot etməklə bağlı qərarı müzakirə edəcəklər. 
 
ABŞ-da ilk qarşılaşmanın gələn ilin yanvarında "Barselona” ilə "Jirona” arasında baş tutacağı gözlənilir.  
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9105
GEL 1 1 Gürcüstan larisi 0.6306
GBP 1 1 İngiltərə funt sterlinqi 2.209
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1827
CHF 1 1 İsveçrə frankı 1.675
KWD 1 1 Küveyt dinarı 5.5892
TRY 1 1 Türkiyə lirəsi 0.2915