• cümə axşamı, 25 aprel, 06:27
  • Baku Bakı 14°C

İspaniyada nifaqı Mourinyo yaradıb

27.11.18 12:30 549
İspaniyada nifaqı Mourinyo yaradıb
"Barselona”nın sabiq futbolçusu Andrea İnyesta Joze Mourinyonu kəskin tənqid edib.
Kaspi.az xəbər verir ki, İnyesta Joze Mourinyonu "Ral”da çalışarkən madridlilərlə kataloniyalılar arasında nifaq yaratmaqda ittiham edib. O bildirib ki, bu nifaq İspaniya yığmasına da sirayət edib:
"Situasiyanın xoşagəlməz olduğunu anlamaq üçün "Barsa” və ya "Real” azarkeşi olmağa ehtiyac yoxdur. Bu nifaqın yaranmasında əsas rolu isə Joze Mourinyo oynadı.
Bunun belə olduğunu yalnız fanatiklər müşahidə etməyə bilərlər. Qarşıdurma nifrətə çevrildi. Özü də olduqca sürətlə. Və dözülməz həddə çatdı.
Joze Mourinyonun "Barselona” və "Real” arasında saldığı nifaq İspaniya yığmasına çox böyük ziyan vurdu”.
banner

Oxşar Xəbərlər