AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İspaniyada koronavirusa yoluxanların sayı 70 mini keçib

İspaniyada koronavirusa yoluxanların sayı 70 mini keçib

Təfsilat
29 Mart 2020, 11:00 503
İspaniyanın Səhiyyə Nazirliyi ölkədə koronavirusa yoluxanların sayının 72 min 248 nəfərə çatdığını bildirib. Ölənlərin ümumi sayının isə 5 min 690 olduğu göstərilir.
AZƏRTAC EFE Agentliyinə istinadən xəbər verir ki, son 24 saatda yeni yoluxanların sayı 8 min189, ölənlərin sayı isə 832 nəfərdir.
Məlumatda qeyd olunur ki, hazırda reanimasiya şöbəsində 4 min 575 pasiyent müalicə alır. COVID-19 virusundan sağalan insanların sayı ölənlərin sayından iki dəfəyə qədər artıqdır -12 min 285 nəfər.
Qeyd edək ki, epidemiyanın başlandığı gündən Madrid şəhərində ölənlərin sayı 345 nəfərə çatıb, bu da bütün ölkə boyu ölüm hallarının təqribən yarısını təşkil edir.