• cümə, 19 Aprel, 03:18
  • Baku Bakı 18°C

İspaniyada iyun ayında “COVİD pasportları” tətbiq ediləcək

30.03.21 09:45 589
İspaniyada iyun ayında “COVİD pasportları” tətbiq ediləcək
İspaniyanın Turizm naziri Reyes Maroto peyvənd olunmanı təsdiq edən ("yaşıl sertifikatlar" və ya "COVİD pasportları” kimi adlandırılır) sənədin iyunun ayına qədər
ölkədə tətbiq ediləcəyini söyləyib.
APARİA Novosti-yə istinadən xəbər verir ki, nazir bunun xarici turistlərin ölkəyə daxil olmasına imkan verəcəyini deyib.
O əlavə edib ki, "COVİD pasportları” tətbiq edilməzdən əvvəl, ispanların azı 70 faizinin aşılanması lazımdır. "Bu temp birbaşa "AstraZeneca” peyvəndinin tədarükündən asılıdır. Lakin, pasportların nə vaxt hazırlanacağı barədə dəqiq tarix göstərmək hələ çətindir”.
R.Maroto turistlərin daha çox ziyarət etdikləri Balear adalarının rəhbərliyinin bölgədə ilk pilot lahiyəsi kimi təklifini qəbul etməyib. O, pasportların eyni anda ölkənin hər yerinə tətbiq edilməsini tərəfdarı olduğunu bildirib.
banner

Oxşar Xəbərlər