• cümə axşamı, 28 mart, 17:21
  • Baku Bakı 16°C

İspaniyada belə zəif futbolçuları görəndə...

03.04.18 13:20 616
İspaniyada belə zəif futbolçuları görəndə...
"Barselona”nın sabiq futbolçusu Ronaldinyo PSJ-dən İspaniyaya gəldiyi vaxtı xatırlayıb.
Kaspi.az xəbər verir ki, Ronaldinyo elə ilk andaca İspaniyada uğur qazanacağına əmin olduğunu anlayıb. Onda bu əminliyi isə La Liqada oynayan futbolçuların fiziki cəhətdən zəif olması yaradıb:
"Liqa 1-də hər şey fiziki gücə hesablanmışdı. Fransada Afrikadan olan xeyli futbolçu vardı. Həmin vaxt isə La Liqada texnikalı futbola üstünlük verilirdi.
İspaniyaya gələndən sonra burda fiziki cəhətdən zəif futbolçuları görüncə, öz-özümə dedim: məni burda böyük uğur gözləyir”.
Ronaldinyo PSJ-dən "Barselona”ya 2003-cü ildə keçib. O, "Barsa”nın heyətində "Qızıl top” qazanıb.
banner

Oxşar Xəbərlər