İspaniya yeni nəslə aid qırıcı təyyarə yaradılması layihəsinə qoşulub

İspaniya yeni nəslə aid qırıcı təyyarə yaradılması layihəsinə qoşulub

Təfsilat
18 İyun 2019, 13:45 150
İspaniya Müdafiə Nazirliyindən verilən məlumata görə, bu ölkə yeni nəslə aid qırıcı təyyarə yaradılması layihəsinə qoşulub. AZƏRTAC xəbər verir ki, Fransa və Almaniya artıq bu layihənin iştirakçılarıdır.

AZƏRTAC xəbər verir ki, "Future Combat Air System” proqramına əsasən gələcəkdə "Eurofighter Typhoon” və "Dassault Rafale” modellərini əvəz etməli olan qırıcı təyyarə yaradılması nəzərdə tutulur.

Tədqiqatlarda "Airbus”, "Dassault Aviation”, "Safran” və "MTU Aero Engines” şirkətləri də iştirak edir.