• cümə axşamı, 25 aprel, 00:08
  • Baku Bakı 19°C

İspaniya vergiçiləri Rikelmeyə də “ilişdi”

07.02.18 12:45 949
İspaniya vergiçiləri Rikelmeyə də “ilişdi”
İspaniyanın vergi orqanları daha bir məşhur futbolçuya qarşı iddia qaldırıb.
Kaspi.az xəbər verir ki, bu dəfə "Barselona” və "Vilyarreal”ın sabiq futbolçusu Xuan Rikelme ittiham olunur. O, gəlirlərini vergidən gizlətməkdə günahkar bilinir.
Vergi əməkdaşları futbolçunun 2004-2007-ci illərdə maxinasiyaya əl atdığını bildirirlər. Sabiq futbolçu 573 min avro cərimə ödəməlidir.
39 yaşlı Rikelme 30 gün müddətində apellyasiya şikayəti vermək hüququna sahibdir.
banner

Oxşar Xəbərlər