İspaniya vergiçiləri Rikelmeyə də “ilişdi”
İspaniyanın vergi orqanları daha bir məşhur futbolçuya qarşı iddia
qaldırıb.
Kaspi.az xəbər verir ki, bu dəfə "Barselona” və "Vilyarreal”ın sabiq
futbolçusu Xuan Rikelme ittiham olunur. O, gəlirlərini vergidən gizlətməkdə
günahkar bilinir.
Vergi əməkdaşları futbolçunun 2004-2007-ci illərdə maxinasiyaya əl
atdığını bildirirlər. Sabiq futbolçu 573 min avro cərimə ödəməlidir.
39 yaşlı Rikelme 30 gün müddətində apellyasiya şikayəti vermək
hüququna sahibdir.