İspaniya və Britaniyanın mədəni irs nümunələri ilə bağlı müsbət qərar verildi

İspaniya və Britaniyanın mədəni irs nümunələri ilə bağlı müsbət qərar verildi

Mədəniyyət
07 İyul 2019, 16:00 324
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında daha iki nominasiya faylına baxılıb.
Trend-in məlumatına görə, İspaniyanın Dünya İrs Siyahısına təqdim etdiyi ilk insan məskənlərindən olan Risko Kaydo və Qran Kanaria mədəni landşaftının "müqəddəs dağları” haqqında nominasiya qısa müzakirələrdən sonra qəbul edildi.
Sonra Böyük Britaniyanın təqdimatı – Codrell-Bənk (Jodrell Bank) rəsədxanasına dair hesabat dinlənildi. Rəsədxananın konservasiya durumunun yaxşı olduğunu deyən məruzəçi bufer zonada aparılan tikinti ilə bağlı narahatlıq ifadə etdi.
Çıxış edən İspaniya, Norveç, Tunis, Kuba və ölkələrin nümayəndə heyətləri bu qədim elm ocağında bundan sonra da yeni elmi araşdırmaların aparılacağına əmin olduqlarını söylədilər.

Jodrell Bank rəsədxanası Dünya İrs Siyahısına daxil edildi. Qərar layihəsi qəbul edildikdən sonra Böyük Britaniya nümayəndə heyəti sessiyaya minnətdarlıq etdi.