• cümə, 19 Aprel, 17:09
  • Baku Bakı 25°C

İspaniya şahzadəsi Mariya Tereza koronavirusdan öldü

29.03.20 22:00 628
İspaniya şahzadəsi Mariya Tereza koronavirusdan öldü
İspaniya kralı VI Filippin əmisi qızı, şahzadəMariya Terezakoronavirusdan ölüb.
Bu barədə "Report” "Radio Svoboda”ya istinadən xəbər verir.
Məlumata görə, şahzadənin 86 yaşı var idi və o, Avropanın monarxik nəsillərində COVID-19-dan vəfat edən ilk şəxs olub.
Mariya Terezanın ölümü barədə kiçik qardaşı şahzadəSikst Henrix Burbon-Parmaməlumat verib.Parma Burbonlar ailəsi İspaniya kral ailəsinin ən gənc qoludur.
Xatırladaq ki, kral ailələrinin daha iki nümayəndəsi də koronavirusa yoluxub. Bunlar Britaniya taxtının varisi, Böyük Britaniya kraliçası II Elizabetin böyük oğlu şahzadə Çarlz və Monakonun hakim şahzadəsiII Albertdir.
İspaniya koronavirus infeksiyasındanölənlərin sayınagörə dünyada ikinci yerdədir. Ölkədə 5 mindən çox insan ölüb.
banner

Oxşar Xəbərlər